...

Əli Həsənov: Bu 20 il ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolunu keçib

Cəmiyyət Materials 22 İyul 2011 22:05 (UTC +04:00)
Bu 20 il ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolunu keçib. Trend-in məlumatına görə, bunu Milli Mətbuat günü münasibətilə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov: Bu 20 il ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolunu keçib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Bu 20 il ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolunu keçib. Trend-in məlumatına görə, bunu Milli Mətbuat günü münasibətilə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Milli mətbuatın son 20 ili müstəqillik illərinə təsadüf edir. Bu 20 il ərzində mətbuat böyük inkişaf yolunu keçib", - Həsənov deyib.

Medianın problemlərinin də olduğunu deyən Həsənov bildirib ki, xüsusilə də medianın maddi-texniki bazası dövlətin istədiyi səviyyəyə çatmayıb.

"Dövlət öz dəstəyini mediadan əsirgəmir. Dövlət öz imkanları daxilində mediaya maddi və mənəvi dəstəyi göstərir. Gələcək illərdə bu dəstək daha da artırılacaq", - Həsənov əlavə edib.

Bu gün Azərbaycan mətbuatının yaranmasının 136-cı ildönümü qeyd edilir. "Əkinçi" qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

Xəbər lenti

Xəbər lenti