...

Bu il Azərbaycanla Avropa Məhkəməsi arasında 9 şikayət üzrə kommunikasiya başlanılıb

Cəmiyyət Materials 25 İyul 2011 14:04 (UTC +04:00)
Bu il Azərbaycanla Avropa Məhkəməsi arasında 9 şikayət üzrə kommunikasiya başlanılıb.
Bu il Azərbaycanla Avropa Məhkəməsi arasında 9 şikayət üzrə kommunikasiya başlanılıb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycanla Avropa Məhkəməsi arasında 9 şikayət üzrə kommunikasiya başlanılıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

"Kommunikasiya başlanılan işlər Avropa Konvensiyasının 5-ci (toxunulmazlıq və azadlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdılrması hüququ) maddələrinin pozuntuları ilə bağlıdı. Hazırda Azərbaycan və Avropa Məhkəməsi arasında 120-yə yaxın iş üzrə kommunikasiya aparılır. Həmin işlər Avropa Məhkəməsinin icraatındadır", - Əsgərov bildirib.

Onun sözlərinə görə, kommunikasiya aparılan işlərin əksəriyyəti 5-ci və 6-cı maddələrin pozuntuları ilə bağlıdır.

Əsgərov deyib ki, indiyə qədər Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən 41 şikayət üzrə qərar qəbul olunub. Onlarda Avropa Konvensiyasının müəyyən müddəlarının pozuntusu təsdiq edilib.

35 işə isə baxılaraq rədd edilib.

Əsgərov qeyd edib ki, hazırda Avropa Məhkəməsində Azərbaycandan 2500-dən artıq şikayət var.

Xəbər lenti

Xəbər lenti