...

Türkdilli rəssamların "XIV TÜRKSOY Rəssamlar Görüşü" keçirilir

Cəmiyyət Materials 5 Avqust 2011 17:35 (UTC +04:00)
Türkdilli ölkələrin müstəqilliklərinin bərpa olunmasının 20 illiyi münasibətilə Türkiyənin Bitlis vilayətində bu gündən "XIV TÜRKSOY Rəssamlar Görüşü"nün keçirilməsinə başlanılıb.
Türkdilli rəssamların "XIV TÜRKSOY Rəssamlar Görüşü" keçirilir

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/

Türkdilli ölkələrin müstəqilliklərinin bərpa olunmasının 20 illiyi münasibətilə Türkiyənin Bitlis vilayətində bu gündən "XIV TÜRKSOY Rəssamlar Görüşü"nün keçirilməsinə başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, avqustun 25-də yekunlaşacaq tədbirdə çəkilmiş rəsmlər TÜRKSOY mədəniyyət nazirləri tərəfindən qiymətləndiriləcək.

Birinci yerə layiq görülən əsərin sahibinə TÜRKSOY tərəfindən 3000 ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Bu il 14-cü dəfə keçirilən Rəssamlar Görüşündə Azərbaycandan istedadlı rəssam Əlyar Alımirzəyev iştirak edəcək.

TÜRKSOY Rəssamlar Görüşü 1997-ci ildə türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Hər il keçirilən görüşlərdə Türk dünyasının dörd bir yanından tanınmış və istedadlı rəssamlar iştirak edir.

Bu sənət nümayəndələrinin ərsəyə gətirdikləri və bu günə kimi TÜRKSOY-a təqdim etdikləri rəsm əsərlərinin sayı 700-ü keçib. Sayı ildəniilə artan bu kolleksiyanın TÜRKSOY Rəsm Muzeyinə çevrilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti