...

Olimpiya oyunlarına lisenziya xarakterli DÇ-də iştirak edəcək Azərbaycan avarçəkənlərinin adları açıqlanıb

Cəmiyyət Materials 12 Avqust 2011 17:46 (UTC +04:00)
Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirak edəcək idmançıların adları açıqlanıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Olimpiya oyunlarına lisenziya xarakterli DÇ-də 
iştirak edəcək Azərbaycan avarçəkənlərinin adları açıqlanıb

Azərbaycan Bakı, 12 avqust /Trend/

Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirak edəcək idmançıların adları açıqlanıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avqustun 17-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürəcək. 5 gün davam edəcək çempionatda Azərbaycan milli komandası geniş heyətlə təmsil olunacaq. Kanoeçilərin mübarizəsində 5, kayakçıların yarışında isə 3 idmançımız çıxış edəcək. Onlar böyüklərin olimpiadasında ilk dəfə kayak və kanoe növlərində ölkəmizə lisenziya qazandırmağa çalışacaqlar.

İkiqat dünya və üçqat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq. Eyni tipli qayıqla 1000 metr məsafəyə yürüşdə Adnan Əliyev mübarizə aparacaq.

Avropa çempionları Sergey Bezuqlıy-Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) 500 metr və 1000 metr məsafələrə yürüş edəcəklər. 4 nəfərlə 200 metr məsafəyə estafet yürüşündə Sergey Bezuqlıy-Maksim Prokopenko-Valentin Demyanenko-Andrey Kraytor kvarteti çıxış edəcək.

Kayakçıların mübarizəsində 2 kişi, 1 qadın idmançımız qüvvəsini sınayacaq. Natalya Fiklisova 1 nəfərlik qayıqla (K-1), Mirnazim Cavadov-Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla (K-2) 200 metr və 500 metr məsafələrə yürüşlərdə iştirak edəcək.

London Olimpiadasına vəsiqə qazanmaq üçün Valentin Demyanenko 200 metr, Adnan Əliyev, eləcə də Sergey Bezuqlıy-Maksim Prokopenko dueti 1000 metr məsafələrə yürüşdə ilk "yeddiliy"ə, Natalya Fiklisova 200 metr və 500 metr məsafələrə yürüşlərdə ilk "8-liy"ə, Mirnazim Cavadov-Tamerlan Mustafayev dueti isə 200 metr məsafəyə yürüşdə ilk "6-lığ"a düşməyi bacarmalıdırlar.

Buna nail ola bilməyəcək idmançılarımıza gələn ilin mayında keçiriləcək Avropa çempionatında daha bir şans veriləcək. Həmin yarışda 1 nəfərlik qayıqla mübarizə aparanlara 2 lisenziya, 2 nəfərlik qayıqla çıxış edənlərə isə 1 lisenziya yeri ayrılacaq.

Mayın əvvəllərindən Polşada təlim-məşq toplantısında olan kayak və kanoeçilərimiz dünya çempionatı öncəsi Avropa çempionatı və Dünya Kubokunun mərhələ yarışlarında uğurla çıxış ediblər. Kanoe yığmamızın ümumi komanda hesabında Avropa çempionu olub.

İdmançılarımız dünya çempionatının keçiriləcəyi məkana avqustun 14-də yollanacaqlar. Onlar çempionata kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov, məşqçilər Anatoli Dudnik və Vasili Kovbanovskinin rəhbərliyi altında hazırlaşıblar.

Xəbər lenti

Xəbər lenti