...

Yol hərəkəti qaydalarının təbliği məqsədilə növbəti müsabiqə elan olunacaq

Cəmiyyət Materials 19 Avqust 2011 12:12 (UTC +04:00)
Yol hərəkəti qaydalarının təbliği məqsədilə video-çarxların hazırlanması üçün müsabiqə elan olunacaq.
Yol hərəkəti qaydalarının təbliği məqsədilə növbəti müsabiqə elan olunacaq

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Yol hərəkəti qaydalarının təbliği məqsədilə video-çarxların hazırlanması üçün müsabiqə elan olunacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Facebook sosial şəbəkəsindəki ictimai səhifəsinin administratoru Samir Qocayev Trend-ə bildirib ki, yaxın vaxtlarda bütün respublika üzrə elan olunacaq müsabiqənin şərtləri formalaşdırılır.

İctimai səhifə tərəfindən elan olunacaq müsabiqədə hazırlanacaq video-çarxlar həvəskar və professional səviyyədə çəkilə bilər. Reklam çarxlar telekanallar və informasiya saytlarında nümayiş etdiriləcək.

Müsabiqənin elan olunmasında məqsəd geniş ictimaiyyətin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsidir.

Müsabiqənin qalibləri yüksək məbləğdə pul mükafatları ilə mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti