...

Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində daha çox iş görülməlidir - deputat

Cəmiyyət Materials 19 Avqust 2011 16:15 (UTC +04:00)
Azərbaycanın millət vəkili hesab edir ki, ölkədə uşaq hüquqları sahəsində daha çox iş görmək lazımdır.
Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində daha çox iş görülməlidir - deputat

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın millət vəkili hesab edir ki, ölkədə uşaq hüquqları sahəsində daha çox iş görmək lazımdır.

"Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində daha çox iş görülməlidir", - cümə günü Trend-ə millət vəkili Gülər Əhmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ideal vəziyyətdə deyil.

"İdeal vəziyyət ümumiyyətlə dünyanın heç bir ölkəsində yoxdur. Ancaq onu demək olar ki, digər ölkələrlə müqayisədə Azərbaycanda daha çox iş görülür", - Əhmədova əlavə edib.

Millət vəkili deyib ki, Azərbaycanda xüsusi sosial qrupa daxil olan uşaqlarla yanaşı, normal uşaqların da problemləri ilə maraqlanmaq lazımdır.

"Ən böyük problem odur ki, bizdə xüsusi sosial qruplara aid olan uşaqların hüquqları ilə daha çox maraqlanırlar, ancaq normal uşaqların problemləri ilə maraqlananlar azdır. İlk baxışdan problemi olmayan uşaqlar var. Yəni onların valideyinləri var, məktəbə gedirlər. Həmin uşaqların da özünəməxsus problemləri var, lakin hələ ki, o uşaqların problemlərini ön plana gətirə bilməmişik", - Əhmədova bildirib.

Xəbər lenti

Xəbər lenti