...

Azərbaycanın orta məktəblərindəki vakant müəllim yerlərinə işə qəbul üçün yenidən müsabiqə elan edilib

Cəmiyyət Materials 5 Sentyabr 2011 11:34 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində təsviri incəsənət, musiqi və nəğmə, fizika, biologiya, tarix müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə qalan vakant yerlərə qəbul üçün yenidən müsabiqə elan edib.
Azərbaycanın orta məktəblərindəki vakant müəllim yerlərinə işə qəbul üçün  yenidən müsabiqə elan edilib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində təsviri incəsənət, musiqi və nəğmə, fizika, biologiya, tarix müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə qalan vakant yerlərə qəbul üçün yenidən müsabiqə elan edib.

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, qalan vakant yerlərdə işləmək istəyənlər sentyabrın 12-dək nazirliyə müraciət etməlidirlər. Müsabiqəyə imtahanlarda iştirak edərək keçid balını toplayanlar qatıla bilərlər.

Orta məktəblərdə təsviri incəsənət fənni üzrə 6, musiqi və nəğmə fənni üzrə 13, fizika fənni üzrə 90, biologiya fənni üzrə 128 vakant müəllim yeri qalıb.

2011-2012-ci tədris ili üçün Azərbaycanın orta məktəblərində müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanılıb.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir. Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

2011-2012-ci tədris ili üçün respublikanın orta məktəblərindəki 2177 vakant yerə 9342 nəfər sənəd verib. Vakant yerlərin 374-ü Bakının, 1803-ü isə digər rayon və şəhərlərin payına düşür. Ən çox vakant yer ibtidai sinif müəllimliyi üzrə olub.

Xəbər lenti

Xəbər lenti