...

Ermənistan Yol Polisinin yeni rəisi təyin olunub - KİV

Cəmiyyət Materials 6 Sentyabr 2011 12:22 (UTC +04:00)
Ermənistan Yol Polisinin yeni rəisi təyin olunub - KİV
Ermənistan Yol Polisinin yeni rəisi təyin olunub - KİV

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Ermənistanın polis rəisi Armen Sarkisyanın sərəncamı ilə polkovnik Arsen Qalstyan Ermənistan Yol Polisinin rəisi təyin olunub. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-i məlumat verib.

Polis rəisinin bundan əvvəlki sərəncamı ilə Qalstyan pols daxili qoşunlarının hissələrindən birinin komandanı vəzifəsindən azad olunub.

Ermənistan Yol Polisinin keçmiş rəisi Markar Ohanyan saxlandıqdan sonra vəzifəsindən azad edilib. Ohanyan Ermənistan CM-in 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.1-ci maddəsi (mənimsəmə və ya israfçılıq) ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti