...

Bakıda Azərbaycan və Çexiyanın mədəniyyət xadimlərinin görüşü gözlənilir

Cəmiyyət Materials 6 Sentyabr 2011 14:07 (UTC +04:00)
Sentyabrın 12-16-da Çexiya Respublikası Milli Kitabxanasının baş direktoru Tomaş Bem və Milli Muzeyinin baş direktoru Mixal Lukeşin rəhbərlik etdiyi olduğu nümayəndə heyətinin Bakıya işgüzar səfəri baş tutacaq.
Bakıda Azərbaycan və Çexiyanın mədəniyyət xadimlərinin görüşü gözlənilir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Sentyabrın 12-16-da Çexiya Respublikası Milli Kitabxanasının baş direktoru Tomaş Bem və Milli Muzeyinin baş direktoru Mixal Lukeşin rəhbərlik etdiyi olduğu nümayəndə heyətinin Bakıya işgüzar səfəri baş tutacaq. Trend-in məlumatına görə, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Çenek Hayni bildirib.

Səfər zamanı Azərbaycan və Çexiya nümayəndələri iki ölkə arasındakı mədəniyyətlərarası və tarixi əlaqələrin bütün spektrini, o cümləədn milli kitabxanalar və milli muzeylər arasında əməkdaşlığın inkişafını müzakirə edəcəklər.

Səfər zamanı Çexiyanın nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla və Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı ilə görüşəcəklər. Habelə, Mədəniyyət Nazirliyinin nümayəndələri ilə də görüşlər planlaşdırılır. Səfər zamanı qarşılıqlı əməkdaşlıq haqqında memorandumun işçi mətni müzakirə olunacaq.

Hazırkı səfər aprel ayında Bakıda mədəniyyətlərarası dialoq çərçivəsində iki ölkənin mədəniyyət xadimləri arasında əldə olunan razılaşma əsasında həyata keçirilir. Birinci səfər zamanı çex nümayəndə heyətinə mədəniyyət naziri Yiri Besser başçılıq edirdi.

Azərbaycanla Çexiya rasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Bakıda Çexiya səfirliyi 2009-cu ilin dekabrından fəaliyyət göstərir. İki il əvvəl Azərbaycanın Praqadakı səfirliyi fəaliyyətə başlayıb.

Hazırda ikitərəfli qarşılıqlı münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, eləcə də təhsil, turizm və mədəniyyət sahəsi də daxil olmaqla, bir çox sahələrdə inkişaf edir.

Xəbər lenti

Xəbər lenti