...

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 121 nəfəri saxlayıblar

Cəmiyyət Materials 6 Sentyabr 2011 15:33 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 121 nəfəri saxlayıblar

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 121 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

Avqust ayı ərzində 46 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 80 nəfər saxlanılıb. Sərhəd zastavalarının xidməti ərazilərindən 12 halda 16 nəfərin dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb.

Dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən 34 halda 65 nəfər saxta sənədlə, 2 halda 2 nəfər özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

Dəniz sərhədlərinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 4 halda 7 nəfər sərhəd pozucusu saxlanılıb.

Avqust ayında sərhədçilər qanunsuz dövriyyədən 36 kiloqram 723.5 qram narkotik maddə çıxarıblar.

Ötən ay sərhədçilər 43 halda ümumi dəyəri 272 min manat olan qaçaqmal saxlayıblar.

Xəbər lenti

Xəbər lenti