• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

"Kaspi" Təhsil Mərkəzi uşaqların məktəbəqədər hazırlığı ilə bağlı yeni layihəyə başlayır

13 Sentyabr 2011 12:54 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

"Kaspi" Təhsil Mərkəzi uşaqların məktəbəqədər hazırlığı ilə bağlı yeni layihəyə başlayır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı "Kaspi" Təhsil Mərkəzinin ötən tədris ili üzrə yekun hesabat tədbirində Mərkəzin Təhsil Şurasının sədri Sona Vəliyeva bildirib.

Onun sözlərinə görə, məktəbəqədər hazırlıq proqramı 4, 5, 6 yaşlı uşaqların məktəbə tam hazırlanmasını əhatə edir.

Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqram uşaqlarda özünəinam, ilkin savad, dünyagörüşü, sosial davranış vərdişlərinin yaradılmasına və inkişaf etdirilməsinə kömək edəcək.

"Hazırlıq kursu 10 ay, həftədə beş gün, hər gün üç saat dərs saatı olmaqla üç növbədə nəzərdə tutulub", - Təhsil Şurasının sədri deyib.

Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor müavini Yəhya Kərimov "Kaspi" Təhsil Mərkəzinin təşkil etdiyi kursların önəmini qeyd edib. Onun sözlərinə görə, hazırda ölkədə uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma faizi aşağıdır və Təhsil Mərkəzinin təşkil etdiyi kurslar bu problemin həllinə yardım edə bilər.

Tədbirdə "Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirib ki, "Kaspi" Təhsil Mərkəzində ötən il hazırlıq keçmiş abituriyentlərin 93 faizi ali məktəblərə daxil olub.

Əliyev, həmçinin Mərkəz tərəfindən abituriyentlər üçün nəzərdə tutulmuş kimya və ingilis dili fənləri üzrə dərs vəsaiti, Azərbaycan tarixi və ingilis dili üzrə test bankını təqdim edib. "Mərkəz tərəfindən hazırlanan vəsaitlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının proqramına tam uyğundur. Yaxın gələcəkdə bu istiqamətdə bir sıra yeni vəsaitlər də işıq üzü görəcək", - Əliyev deyib.

Onun sözlərinə görə, yeni tədris ili üçün "Kaspi" Tədris Mərkəzinin iki mövcud filialı ilə yanaşı, daha üç yeni filialı - Yasamal, Xətai, Əhmədli - fəaliyyətə başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Tanınmış jurnalistə ağır itki üz verib
Cəmiyyət 11:35
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FОТО)
Cəmiyyət 10:30
Çaylarda suyun səviyyəsi açıqlanıb
Cəmiyyət 09:15
Paralimpiyaçılarımız ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin ediləcək
Cəmiyyət 08:33
Yeni tədqiqat: Abşeronda banan, manqo, avokado yetişdirə bilərsiniz
Cəmiyyət 08:01
Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilib
Cəmiyyət 03:53
Xəbər lenti
Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub
Hadisə 11:44
Tanınmış jurnalistə ağır itki üz verib
Cəmiyyət 11:35
Deputat: Müəyyən siyasi dairələrin azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insidentdən şou yaratmaq cəhdləri yolverilməzdir
Siyasət 11:29
İstanbul-Bakı aviareysi ilə gələn iki qadın saxlanılıb (FOTO)
Hadisə 11:15
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
Gündəm 11:06
Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir (FOTO)
İdman 10:55
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Hadisə 10:50
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FОТО)
Cəmiyyət 10:30
Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini
Siyasət 10:16
Ən çox oxunanlar
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq (ÖZƏL)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında iştirak edib (FOTO)
Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı - Nurlana Məmmədzadə
Nəzər nöqtəsi
Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Millət vəkili: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
Ekspert: Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür
Xocalıda törədilən dəhşətli cinayətə göz yummaq son dərəcə böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri