...

ABŞ bağırsaq infeksiyası yaradan bakteriyalara qarşı müharibə elan edəcək

Cəmiyyət Materials 14 Sentyabr 2011 19:34 (UTC +04:00)
ABŞ hökuməti kəskin bağırsaq infeksiyası törətməyə qadir olan "E coli" bakteriyasının altı tipi ilə yoluxmuş mal əti qiyməsinin satışına qadağa qoymağa hazırlaşır.
ABŞ bağırsaq infeksiyası yaradan bakteriyalara qarşı müharibə elan edəcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

ABŞ hökuməti kəskin bağırsaq infeksiyası törətməyə qadir olan "E coli" bakteriyasının altı tipi ilə yoluxmuş mal əti qiyməsinin satışına qadağa qoymağa hazırlaşır. Trend-in məlumatına görə, bu barədə "Reuters" xəbər verir.

Qida mənşəli xəstəliklərin araşdırılması və profilaktikası Mərkəzində əmindirlər ki, qadağa milli qida ehtiyatlarının yoluxmasının qarşısını almağa imkan verəcək. 1944-cü ildə yoluxma hallarının partlayışına səbəb olan 0157:H7 vaksini epidemioloqların ciddi nəzarəti altındadır. O zaman bakteriya hamburgerlərə düşmüşdü. "Böyük altılıq" adı altında tanınan 026, 011, 045, 0121, 0103 və 0145 bakteriyalarına da diqqət yetirilir.

Ət emal edən aparıcı şirkətlərin maraqlarını təmsil edən Amerika Ət İnstitutu ekspertlərin bütün səylərini bakteriyaların yayılmasını azaldan texnologiyaların hazırlanmasına sərf etməli olduqlarını, ətin testdən keçirilməsinə milyonlarla dollar vəsait sərf etməyin lazım gəlmədiyini qeyd edirlər. İnstitutun fikrincə, bu, bakteriyasının qarşısını daha effektiv şəkildə almağa kömək edərdi. Doğrudur, yeni nizamlama proqramının tətbiqi vergiödəyicilərə və sənayeyə on milyonlarla dollara başa gələcək.

Xəbər lenti

Xəbər lenti