...

Qayayadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar

Cəmiyyət Materials 15 Sentyabr 2011 13:46 (UTC +04:00)
Qayayadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat verilib.
Qayayadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Hacıyev/

Qayayadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat verilib.

Federasiyanın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sentyabrın 10-da Bakı şəhərindəki "Green Rock" süni qayayadırmanma mərkəzində keçirilən idman qayayadırmanması üzrə açıq Azərbaycan çempionatının qaliblərinə mükafatlar Federasiyanın prezidenti Hüseyn Bağırov tərəfindən təqdim olunub.

Kişi idmançılardan "A+A" klubundan Rinat Salikov və Şamil Xud, "Dağ" klubundan Denis Lensov və Emin Məmmədov, "Ekosport" klubundan Çingiz Tağızadə, "RATK" klubundan Rza Məmmədov göstərdikləri yüksək nəticələrə görə mükafatlandırılıblar.

Qadınlardan isə "Climb club" klubundan Könül Hüseynova, Təranə Aslanova və Pərvin Qasımova, "Dağ" klubundan Yevgeniya Şiyanova və Yelena Safronova, "Salavat" klubundan Günay İsrafilova mükafatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti