...

Azərbaycanda ekologiya sahəsində yeni qanun layihələri hazırlanıb

Cəmiyyət Materials 17 Sentyabr 2011 10:38 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti iclasında iki yeni qanun layihəsi müzakirə olunub.
Azərbaycanda ekologiya sahəsində yeni qanun layihələri hazırlanıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti iclasında iki yeni qanun layihəsi müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Nazirliyin mətbuat xidmətindən bildirilib.

İclasda "Yaşıllıqların mühafizəsi haqqında" və "Ekoloji ekspertiza haqqında" qanun layihələri ilə bağlı yekun müzakirələr aparılıb, Şura üzvləri rəy və təkliflərini bildiriblər. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov qanun layihəsinə dair verilmiş təkliflərin təhlil edilməsini tapşırıb.

İclasda, həmçinin ETSN-in ictimai təşkilatlarla birgə aparacağı "İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji monitorinqlərin keçirilməsi və nəticələrə uyğun əhalinin məlumatlandırılması" üzrə "Qaydalar"ın layihəsi müzakirə edilib.

Şura üzvləri ictimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji riskli zonalar üzrə monitorinqlərin keçirilməsi istiqamətlərinin müzakirəsini aparıblar. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova yaradılmış qruplar və bu qrupların birgə fəaliyyətini təmin etmək üçün hazırlanmış qaydalar haqqında məlumat verib. Məsələ ilə bağlı müzakirələr zamanı monitorinq qruplarının tərkibinə sahələr üzrə ekspertlərin, ərazi üzrə bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin də daxil edilməsi tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti