...

Azərbaycanda avtomobillərə verilən dövlət nömrə nişanlarında yeni standartlar tətbiq edilir

Cəmiyyət Materials 19 Sentyabr 2011 11:56 (UTC +04:00)
Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarında tətbiq olunan yeniliklər nəqliyyat vasitələrini yeni qeydiyyatdan keçirənlərə şamil olunacaq.
Azərbaycanda avtomobillərə verilən dövlət nömrə nişanlarında yeni standartlar tətbiq edilir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarında tətbiq olunan yeniliklər nəqliyyat vasitələrini yeni qeydiyyatdan keçirənlərə şamil olunacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, dövlət nömrə nişanlarında ilk baxışdan fərq hiss olunmasa da, nömrələrin keyfiyyəti yüksəldilib və bununla bağlı yeni standartlar qəbul olunub.

Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarındakı dəyişikliyə görə, nişanının üzərində olan Azərbaycanın dövlət bayrağı dalğalı formada deyil, artıq düzbucaq formasında vurulur. Həmçinin, nömrələrin üzərində olan yazıların qopmaması üçün yeni standartlar qəbul olunub.

Eyni zamanda, şablonda yazı üçün seçilmiş şrift də dəyişilib.

Xəbər lenti

Xəbər lenti