...

Azərbaycana gələn turistlərə növbəti ildən elektron vizalar verilə bilər

Cəmiyyət Materials 26 Sentyabr 2011 17:17 (UTC +04:00)
Azərbaycana gələn turistlərə gələn ildən elektron vizalar verilə bilər. Bunu bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov deyib.
Azərbaycana gələn turistlərə növbəti ildən elektron vizalar verilə bilər

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycana gələn turistlərə gələn ildən elektron vizalar verilə bilər. Bunu bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, elektron vizaların verilməsi üçün artıq işlər görülür.

"Azərbaycanda da dünya təcrübəsinə uyğun olaraq, vətəndaş viza almaq üçün elektron qaydada müraciət edəcək və elektron qaydada ona cavab veriləcək. Bu sistemə keçmək üçün əsas texniki məsələlər həll olunmalıdır", - Qurbanov qeyd edib.

O bildirib ki, artıq Azərbaycana gələn vətəndaşlara vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün işlər görülüb. Artıq xarici vətəndaşlar Azərbaycana gəldikdə elə aeroportda viza ala bilərlər.

Xəbər lenti

Xəbər lenti