...

USAID və ATƏT-in ofisləri Bakıda Azərbaycan üzrə qrant sazişi imzalayıblar

Cəmiyyət Materials 29 Sentyabr 2011 13:59 (UTC +04:00)
ABŞ-ın Beynəlxaql İnkişaf Agentliyi (USAID) və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisləri cümə axşamı Azərbaycanda insan alveri ilə mübarizə və məhkəmələrə çıxışın sadələşdirilməsi üzrə əməkdaşlıq çərçivəsində qrantın verilməsi barədə saziş imzalayıblar.
USAID və ATƏT-in ofisləri Bakıda Azərbaycan üzrə qrant sazişi imzalayıblar

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir N.İsmayılova/

ABŞ-ın Beynəlxaql İnkişaf Agentliyi (USAID) və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisləri cümə axşamı Azərbaycanda insan alveri ilə mübarizə və məhkəmələrə çıxışın sadələşdirilməsi üzrə əməkdaşlıq çərçivəsində qrantın verilməsi barədə saziş imzalayıblar.

Saziş USAID-in Azərbaycandakı missiyasının rəhbəri Maykl Qrin və ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay tərəfindən imzalanıb.

Saziş çərçivəsində USAID ATƏT-in təhlükəsizlik və ədliyyə sahəsində, insan alveri ilə mübarizə və məhkəmələrə çıxışın sadələşdirilməsi üzrə səylərini dəstəkləyəcək.

"ABŞ və Azərbaycan köləliyin bu növü ilə mübarizədə artıq sıx əməkdaşlıq edirlər və bu qrant bizə əməkdaşlığı möhkəmləndirməyə və genişləndirməyə imkan verəcək", - bu barədə cümə axşamı jurnalistlərə sazişin imzalanması mərasimində ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza deyib.

Bu iş Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarının insan alveri və məcburi əməyin qurbanlarına kömək göstərilməsi üçün əlaqələndirməni yaxşılaşdıracaq və potensialını artıracaq, KİV nümayəndələrinə bu məsələləri necə işıqlandırmağı öyrədəcək.

Qrant, həmçinin Şəkidə və Lənkəranda hüquqi yardım mərkəzlərinin maliyyələşdirilməsi və əhali üçün ödənişsiz hüquqi dəstəyin və məlumatın təmin olunması üçün nəzərdə tutulub.

730 min dollar məbləğində qrant sazişi 2011-ci ilin oktyabrından 2013-cü ilin sentyabrınadək qüvvədə olacaq.

Xəbər lenti

Xəbər lenti