...

Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı qaydalar hazırlanır

Cəmiyyət Materials 12 Oktyabr 2011 13:49 (UTC +04:00)
Uşaqların övladlığa verilməsi ilə bağlı qaydalar hazırlanır.
Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı qaydalar hazırlanır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı qaydalar hazırlanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova çərşənbə günü Trend-ə bildirib ki, "Uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraiti, tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında" Qaydalar hazırlanır.

Qaydalar Azərbaycan vətəndaşı olan uşağın daxili övladlığa götürülməsi, Azərbaycan vətəndaşı olan uşağın Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayanlar tərəfindən övladlığa götürülməsi və övladlığa verilən uşaqların sonrakı həyat şəraiti, tərbiyəsinə nəzarətin həyata keçirilməsi prosesini tənzimləyəcək.

Sektor müdiri bildirib ki, övladlığa verilmə prosesi "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyası, Ailə və Mülki məcəllələr, ayrı-ayrı qanunlaın müddəaları, Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir.

O, bu sahədə vahid sənədin olmadığını və Qaydaların hazırlanması zərurətinin meydana çıxdığını deyib.

Qaydaların hazırlanması prosesi ilin sonunadək yekunlaşacaq və qəbul olunmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti