...

Qulu Novruzov: Xaricdə təhsil alan azərbaycanlı tələbələrin dövlət tərəfindən maliyyələşdirilməsində problem yoxdur

Cəmiyyət Materials 19 Oktyabr 2011 12:08 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xaricdə təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı yaranmış problem barədə yayılan məlumatlara münasibət bildirib.
Qulu Novruzov: Xaricdə təhsil alan azərbaycanlı tələbələrin dövlət tərəfindən maliyyələşdirilməsində problem yoxdur

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xaricdə təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı yaranmış problem barədə yayılan məlumatlara münasibət bildirib.

Trend-in sualına cavab verən təhsil nazirinin müavini Qulu Novruzov çərşənbə günü jurnalistlərə bildirib ki, tələbələrin təhsil xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsində yaranan problemlə bağlı nazirliyə anonim müraciət daxil olub. Bu müraciətləri əsassız sayan nazir müavini bildirib ki, proqramın maliyyələşdirilməsində heç bir problem yoxdur.

Novruzov deyib ki, proqramın maliyyələşdirilməsi mexanizmi tələbə xaricə gedən kimi bu vəsaiti ona ödəməyə imkan vermir. Həmin vəsait Dövlət Neft Fondundan ayrıldığı üçün nazirlik onu sifariş edir, bu isə müəyyən vaxt aparır.

Onun sözlərinə görə, "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xaricdə təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində bu il 400-ə yaxın tələbə təhsil almaq üçün xaricə göndərilib. Bu il proqramın icrası məqsədilə Dövlət Neft Fondundan 15 milyon manat vəsait ayrılıb. Bu isə ötən illə müqayisədə təxminən 50 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti