...

Azərbaycanda ərzaq məhsullarının tərkibinə dəyişiklik edilməsi təklif olunur

Cəmiyyət Materials 19 Oktyabr 2011 15:31 (UTC +04:00)
Azərbaycanda qan azlığı xəstəliyinin qarşısının alınması məqsədilə ərzaq məhsullarının tərkibinə dəyişiklik edilməsi təklif olunur.
Azərbaycanda ərzaq məhsullarının tərkibinə dəyişiklik edilməsi təklif olunur

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda qan azlığı xəstəliyinin qarşısının alınması məqsədilə ərzaq məhsullarının tərkibinə dəyişiklik edilməsi təklif olunur. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, qan azlığı xəstəliklərinin qarşısının alınması üçün ərzaqların dəmirlə zənginləşdirilməsinin hüquqi əsasını yaradan qanun hazırlanacaq. Millət vəklili deyib ki, hazırlanacaq qanunda anemiya xəstəliyinin qarşısını almaqdan ötrü ölkədə istehsal olunan və ölkəyə gətirilən unun dəmirlə zənginləşdirilməsi tələbi qoyulacaq.

"Bu tələb ola bilər ki, başqa ərzaq məhsullarına da tətbiq edilsin. Ancaq əhali daha çox un məhsullarından istifadə etdiyinə görə unun dəmirlə zənginləşdirilməsi daha vacib sayılacaq", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, çörək yeganə ərzaq vasitəsidir ki, hər kəs tərəfindən daimi olaraq qəbul olunur. Ona görə də bu tələbi un istehsalına şamil etmək daha məqsədəuyğun olardı.

Xəbər lenti

Xəbər lenti