...

Azərbaycanda iki turizm obyektinin lisenziyası ləğv edilib

Cəmiyyət Materials 21 Oktyabr 2011 12:22 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi ölkədə qanunsuz fəaliyyət göstərən iki turizm obyektinin - Lənkərandakı "Xəzər" və Qəbələdəki "Sahil" istirahət mərkəzlərinin lisenziyalarını ləğv edib.
Azərbaycanda iki turizm obyektinin lisenziyası ləğv edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi ölkədə qanunsuz fəaliyyət göstərən iki turizm obyektinin - Lənkərandakı "Xəzər" və Qəbələdəki "Sahil" istirahət mərkəzlərinin lisenziyalarını ləğv edib. Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, bununla bağlı nazir Əbülfəs Qarayev oktyabrın 18-də əmr imzalayıb.

Bu obyektlərin fəaliyyətinin dayandırılması barədə qərar nazirliyin 27 sentyabr tarixində keçirilən kollegiyasında qəbul edilib.

Mövcud qaydalara görə, obyektlərin lisenziyasının ləğv edilməsi barədə üç gün müddətində Vergilər Nazirliyi və lisenziya sahiblərinə rəsmi məlumat verilməlidir.

Mədəniyyət və Turizm Nazirliyi artıq bununla bağlı Vergilər Nazirliyi və lisenziya sahiblərini məlumatlandırıb.

Nazirlik həmin obyektlərin qanunsuz fəaliyyət göstərməsi barədə vətəndaşlara da xəbərdarlıqla müraciət edir.

Qarayev qanunsuz fəaliyyət göstərən obyektlərə qarşı ciddi tədbirlərin görülməsi məqsədilə tapşırıqlar verib.

Bu ilin I yarısına olan məlumatlara görə, ölkədə 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti