...

Məşhur rəssam Van Qoq intihar etməyib

Cəmiyyət Materials 21 Oktyabr 2011 18:03 (UTC +04:00)
Stiven Nayfex və Qreqori Uayt Smit Van Qoqun həyat və yaradıcılığı ilə bağlı 10 illik irimiqyaslı araşdırmalardan sonra belə qənaətə gəliblər ki, dünya şöhrətli rəssam həyatını intiharla başa vurmayıb.
Məşhur rəssam Van Qoq intihar etməyib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Stiven Nayfex və Qreqori Uayt Smit Van Qoqun həyat və yaradıcılığı ilə bağlı 10 illik irimiqyaslı araşdırmalardan sonra belə qənaətə gəliblər ki, dünya şöhrətli rəssam həyatını intiharla başa vurmayıb. Trend-in məlumatına görə, bu barədə RBK xəbər verir.

İyirmi tərcüməçinin və təqdiqatçının köməyi ilə əvvəllər məlum olmayan sənədləri və şahidlərin ifadələrini öyrəndikdən sonra aydın olub ki, əfsanəvi rəssam heç də indiyədək hesab edildiyi kimi, intihar etməyib. Onların məlumatına görə, Van Qoq bədbəxt hadisə nəticəsində həlak olub.

Tədqiqatçılar tərəfindən rəssamın həyat və yaradıcılığı barədə yaradılan məlumat bazasında 28 min müxtəlif sənədlər toplanıb. Həmin sənədlər bundan əvvəl heç vaxt ingilis dilinə tərcümə olumayıb.

Xəbər lenti

Xəbər lenti