...

Bakı Metropoliteninin rəisi onun haqqında mətbuatda gedən məlumata aydınlıq gətirib

Cəmiyyət Materials 2 Noyabr 2011 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov onun haqqında mətbuatda gedən məlumata aydınlıq gətirib.

Mətbuatda dərc olunan "Tağı Əhmədovdan Zakir Qaralova şikayət ediləcək" başlıqlı yazı ilə bağlı məsələyə aydınlıq gətirən Bakı Metropoliteninin rəisi çərşənbə günü Trend-ə bildirib ki, mətbuatda metro stansiyalarının keçidlərində fəaliyyət göstərən ticarət köşklərindəki kiçik sahibkarlardan Bakı Metropoliteninin rəhbərliyinin təmir adına külli miqdarda pul tələb etməsi barədə qərəzli, yalan, böhtan, qanuna zidd xarakterli yazı verilib.

"Göstərilən məsələ tərəfimizdən araşdırıldı. Yazıda adı çəkilən İslam adlı vətəndaşın Bakı Metropoliteni ərazisində yerləşən ticarət obyektlərinə heç bir aidiyyatı yoxdur. Qeyd etmək istərdim ki, 2 aya yaxındır ki, aparılan yenidənqurma işləri ilə əlaqədar "Əzizbəyov" stansiyasında ticarət köşklərinin fəaliyyəti dayandırılıb. Ümumən metro stansiyalarında kiçik ticarətlə məşğul olanlar metropoliten işçiləridir. Onların hər birinin vergi və sosial müdafiə orqanlarında müvafıq qeydiyyatları vardır. Həmin məqalədə qeyd edilənləri təkzib edir və həqiqətə heç bir uyğunluğunun olmadığını bildirmək istəyirəm", - Tağı Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti