...

FİFA nümayəndələri Azərbaycanda stadionların vəziyyətini yoxlayacaqlar

Cəmiyyət Materials 8 Noyabr 2011 16:11 (UTC +04:00)
FİFA nümayəndələri Azərbaycanda səfərdədirlər.
FİFA nümayəndələri Azərbaycanda stadionların vəziyyətini yoxlayacaqlar

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir B.Hacıyev/

FİFA nümayəndələri Azərbaycanda səfərdədirlər.

Trend-in çərşənbə axşamı AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə tanış olmaq məqsədilə noyabrın 6-dan etibarən FIFA-nın geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb.

Nümayəndə heyətinə Oliver Vogt, Nerico Digues, Sonia Denouncourt, Kim Yew, Alexandra Knoke, Stefan Wistuba, Monika Huser, Mathew Harding, Heike Ulrich, Kevan Pipe, Dietmar Eufinger, Mayrilian Cruz Blanco, Rolf Kaderli və Oscar Orellana daxildir.

Səfər proqramı çərçivəsində FIFA nümayəndələri tərəfindən dünya çempionatında istifadə ediləcək stadionların və hotellərin inspeksiyası aparılacaq, həmçinin Yerli Təşkilat Komitəsinin üzvləri üçün "Komandalarla iş və könüllülük xidməti" üzrə seminar keçiriləcək.

FIFA nümayəndə heyəti bu gün Lənkəran şəhərinə səfər edib.

Xəbər lenti

Xəbər lenti