Azərbaycan, Bakı, 16 noyabr /Trend/
Azərbaycanın "Qəbələ" futbol klubunun ingiltərəli baş məşqçisi Toni Adams tutduğu vəzifədən istefa verib. Bu barədə Trend-ə çərşənbə günü klubdan bildirilib.
"Arsenal"ın keçmiş futbolçusunun ailə vəziyyəti ilə əlaqədar tutduğu vəzifədən istefa vermək məcburiyyətində qaldığı bildirilir.
"Qəbələ" cari mövsüm Premyer Liqada keçirdiyi 12 oyundan sonra 15 xal toplayaraq altıncı yerdə qərarlaşıb.