...

"Neftçi" oyunlarını xarici hakimlərin idarə etməsini istəyir

Cəmiyyət Materials 22 Noyabr 2011 17:18 (UTC +04:00)
Azərbaycanın "Neftçi" peşəkar futbol klubu Premyer-Liqanın növbəti oyunlarına xarici hakimlərin dəvət edilməsini istəyir.
"Neftçi" oyunlarını xarici hakimlərin idarə etməsini istəyir

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın "Neftçi" peşəkar futbol klubu Premyer-Liqanın növbəti oyunlarına xarici hakimlərin dəvət edilməsini istəyir.

"Neftçi" PFK-nın uğurlarına baxmayaraq, bəzi qüvvələr buna kölgə salmağa çalışırlar. Klubumuza qarşı ictimaiyyət arasında qərəzli məlumatlar yer alır. Misal üçün, AFFA, PFL və Hakimlər Komitəsinin matçlarda "Neftçi" PFK-ya kömək etdiyi bildirilir. Baxmayaraq ki, hakim səhvləri digər klubların iştirakı ilə keçirilən oyunlarda daha çox qeydə alınır", - Trend-in məlumatına görə, klubun çərşənbə axşamı yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, ötən mövsüm və 2011-2012-ci il mövsümündə "Neftçi"yə qarşı hakim səhvləri daha çox qeydə alınıb.

"Biz "Neftçi" PFK olaraq, bunu qərəz kimi deyil, hakim səhvləri kimi qəbul etmişik. Bu oyunlarda hakim səhvləri bir o qədər qabardılmasa da, "Neftçi" PFK-nın iştirakı ilə keçirilmiş görüşlərdə hakim səhvləri şişirdilib və haqsız iddialar irəli sürülüb. Bildirmək istərdik ki, "Neftçi" PFK öz strategiyası, taktikası və gücü hesabına oynayan bir komandadır. Bütün bu təzyiqlər "Neftçi" PFK-nın rəhbərliyinə, məşqçilərinə, futbolçularına və azarkeşlərinə çox mənfi təsir göstərməklə yanaşı, ümumi futbolun inkişafına zərbə vurur", - bəyanatda vurğulanır.

Bütün bunları nəzərə alaraq, "Neftçi" PFK-nın rəhbərliyi, məşqçilər korpusu və futbolçu heyəti israrla AFFA və PFL-dən xaricdən hakimlər briqadasının dəvət olunmasını və "Neftçi" PFK-nın keçirəcəyi Premyer Liqa və kubok oyunlarına təyin edilməsini xahiş edir.

Xəbər lenti

Xəbər lenti