...

Ən iri apteklər şəbəkəsi «Zəfəran» ot çaylarının dequstasiyasını təşkil edir (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2011 11:14 (UTC +04:00)
Ən iri apteklər şəbəkəsi «Zəfəran» ot çaylarının dequstasiyasını təşkil edir
Ən iri apteklər şəbəkəsi «Zəfəran» ot çaylarının dequstasiyasını təşkil edir (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Noyabrın 30-dan dekabr ayının 10-dək M.Mehdizadə küçəsi 14 ünvanında yerləşən "Zəfəran" apteklərinin birində (Neftçilər xəstaxanasının arxasında) müalicəvi ot çaylarının təqdimatı və dequstasiyası aparılacaq.

Həmin vaxtda aptekin ziyarətçiləri HERBAPOL (Polşa) ticarət markasından olan ot çaylarının seriyası ilə tanış ola biləcəklər və onların xüsusiyyətləri və istifadə qaydaları üzrə məsləhətlər alacaqlar. Ziyarətçilər həmçinin hədiyyə qismində bir neçə növ paket çayları alacaq və onların ev şəraitində də dadına baxa biləcəklər.

Ətraflı məlumatları şəhərdaxili telefon və ya istənilən mobil rabitə operatorundan qısa * 8811 nömrəsini yığaraq əldə edə bilərsiniz.

Qeyd edək ki, qısa müddətdə "Zəfəran" apteklər şəbəkəsinin qalan aptekləri də çayların dequstasiyası aksiyasına qoşulacaqlar.

Şirkət haqqında

"Zəfəran" apteklər şəbəkəsi 2008-ci ilin dekabr ayında yaradılıb.

Hal-hazırda "Zəfəran" apteklər şəbəkəsinə 60 aptek daxildir, həmin apteklərdə: Almaniya, Fransa, Böyük Britaniya, Belçika, İtaliya, Yunanıstan, Çexiya, Slovakiya, Türkiyə, Yaponiya və s. ölkələri kimi dünyanın aparıcı ölkələri tərəfindən gətirilən eksklüziv dərman vasitələrinin ən geniş çeşidləri təqdim edilir.

"Zəfəran" apteklər şəbəkəsi yalnız yüksək keyfiyyətli dərmanlarla, yoxlanılmış və etibarlı təchizatçılarla işləyir və öz müştərilərinə işin proqressiv üsullarından istifadə edərək yeni məhsul və xidmətləri birinci təklif etməyə çalışır.

Xəbər lenti

Xəbər lenti