...

Azərbaycanda tələbələr üçün yeni müsabiqə elan edilib

Cəmiyyət Materials 29 Noyabr 2011 12:45 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən ali məktəb tələbələrinin XXII Respublika elmi konfransı çərçivəsində "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə elan edilib.
Azərbaycanda tələbələr üçün yeni müsabiqə elan edilib

Azərbaycan, Bakı, 29 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən ali məktəb tələbələrinin XXII Respublika elmi konfransı çərçivəsində "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə elan edilib.

Trend-in məlumatına görə, bununla bağlı çərşənbə axşamı Bakı Slavyan Universitetində (BSU) keçirilən tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, konfrans ildə bir dəfə keçirilir.

Nazir əlavə edib ki, elmi konfransa 21 dövlət və qeyri-dövlət ali təhsil müəssisəsindən 506 məruzə təqdim olunub. Müsabiqə qaliblərinə TN-in diplomu və pul mükafatı təqdim olunacaq. I yerin qalibi 300, II yerin 2 qalibinin hər biri 250, III yerin 3 qalibinin hər biri isə 200 manat pulla mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti