Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda "Əlillərin sosial müdafiəsi haqqında" qanunun monitorinqi aparılır. Bu barədə Trend-ə cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Quliyev bildirib ki, oktyabrda başlanan monitorinq bu qanunun hansı müddəalarının işlədiyini, əlillərlə bağlı Konvensiyaya uyğunluğunu öyrənmək məqsədilə aparılır.
Komitənin sədr müavini deyib ki, monitorinqin yekununda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, "Əlillərin sosial müdafiəsi haqqında" qanuna bəzi müddəaların əlavə edilməsi, bəzi müddəaların işlək mexanizminin yaradılması üçün təkliflər hazırlanacaq.
Quliyev bildirib ki, Azərbaycanda əlillər, onların sosial müdafiəsi ilə bağlı qanunvericilik kifayət qədər dolğundur və bu sahədə yeni bir qanunun qəbuluna ehtiyac yoxdur.
Komitə və əlillərin hquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilat tərəfindən aparılan monitorinq gələn ilin yazında başa çatacaq.
Azərbaycanda "Əlillərin sosial müdafiəsi haqqında" qanunun monitorinqi aparılır
"Əlillərin sosial müdafiəsi haqqında" qanunun monitorinqi aparılır. Bu barədə Trend-ə cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
