...

Azərbaycanda stasionar müəssisələrin fəaliyyətinə elektron nəzarət olunacaq

Cəmiyyət Materials 2 Dekabr 2011 16:37 (UTC +04:00)
Gələn il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün stasionar tipli tibb müəssisələrində "Stasionarların fəaliyyətinə elektron nəzarət sistemi" tətbiq ediləcək
Azərbaycanda stasionar müəssisələrin fəaliyyətinə elektron nəzarət olunacaq

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün stasionar tipli tibb müəssisələrində "Stasionarların fəaliyyətinə elektron nəzarət sistemi" tətbiq ediləcək. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yeni sistem səhiyyənin informasiyalaşdırılması sisteminin inkişaf etdirilməsinə dair "Elektron Azərbaycan" Dövlət Proqramının icrası məqsədilə "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2011-2015-ci illər üzrə Strateji Planının təsdiq edilməsi haqqında" əmrinə uyğun olaraq tətbiq ediləcək.

Bununla bağlı artıq İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb müəssisələrinin müvafiq işçi heyəti üçün təlimlərə start verilib. Respublika üzrə tibb müəssisələrinin rəhbərləri və statistik şöbələrin işçiləri üçün təşkil olunan təlimlər dekabrın 16-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti