...

Azərbaycanda daha bir turizm şirkəti və mehmanxanaya lisenziya verilib

Cəmiyyət Materials 6 Dekabr 2011 16:52 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 28.11.2011-ci il tarixli, 558 nömrəli əmri ilə “TDT Travel” MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
Azərbaycanda daha bir turizm şirkəti və mehmanxanaya lisenziya verilib

Azərbaycan, Bakı, 6 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi "TDT Travel" MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006- ci il tarixli, 273 nömrəli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qaydalarına əlavələr edilməsi barədə" qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 28.11.2011-ci il tarixli, 559 nömrəli Əmri ilə "Hilton Baku" mehmanxanasına mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin 16.07.2004-cü il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası"na əsasən, iki mehmanxana təsnifatdan keçilib. Astara şəhərində fəaliyyət göstərən "Şindan" mehmanxanasını və Lənkəran şəhərində fəaliyyət göstərən "AB Qala" mehmanxanasını müvafiq təsnifatdan keçirmək və ulduz kateqoriyası vermək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin ekspert qrupu adıçəkilən mehmanxanalara baxış keçirib.

Nazirlikdən bildirilib ki, hər iki mehmanxanaya 3 il müddətinə 4 ulduz kateqoriyası verilib. Bu müddət başa çatdığı üçün mehmanxanalar yenidən ulduz almaq üçün nazirliyə müraciət ediblər.

Hazırda Azərbaycanda 195 turizm şirkəti, lisenziya əsasında fəaliyyət göstərən 320 mehmanxana və mehmanxana tipli obyekt var.

Xəbər lenti

Xəbər lenti