...

"Eurovision-2012"-yə hazırlıq çərçivəsində Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələr müzakirə edilib

Cəmiyyət Materials 14 Dekabr 2011 22:53 (UTC +04:00)
Eurovision-2012”-yə hazırlıq çərçivəsində Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələr müzakirə edilib.
"Eurovision-2012"-yə hazırlıq çərçivəsində Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələr müzakirə edilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

"Eurovision-2012"-yə hazırlıq çərçivəsində Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunan iclas keçirilib. Bu barədə Trend İctimai televiziyanın rəsmi saytına istinadən xəbər verir.

Avropa Yayımları Birliyinin nümayəndələrinin iştirak etdiyi toplantıda "Eurovision" mahnı müsabiqəsində təmsil olunan nümayəndə heyətlərinin, şounun keçiriləcəyi məkanın təhlükəsizliyinin təşkili məsələləri, digər toplantıda isə "Eurovision" Mahnı Müsabiqəsi dövründə media ilə münasibətlər və ictimaiyyətlə əlaqələr müzakirə olunub.

İclasda Avropa Yayımları Birliyini "Eurovision" Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand, "Eurovision TV"-nin direktoru Jorqan Frank, "Eurovision" Mahnı Müsabiqəsinin təşkilatçı prodüseri Sitse Bakker, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil edib. Daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətində də olan qonaqlar 1-ci kanalı tərəfdaş kimi yüksək dəyərləndiriblər. Müsabiqənin baş prodüseri Yan Ola Sand: "Gəlişimizin əsas məqsədi "Eurovision" hazırlıqlarının gedişatı ilə tanış olmaq idi. Bu gün geniş və çoxtərəfli məsələləri əhatə edən görüş keçirdik. Əsasən təhlükəsizlik və kommunikasiya ilə bağlı məsələlər müzakirə edildi. İctimai Televiziya ilə uğurlu əməkdaşlığımız var."

"Eurovision TV"-nin direktoru Jorqan Frank isə İctimai Televiziyanı etibarlı tərəfdaş adlandırıb. "Toplantıda iki əsas məsələni müzakirə etdik. Onlardan biri təhlükəsizlik, digəri ictimaiyyətlə əlaqələr idi. İnsanların rahat şəkildə Azərbaycana gəlib şoudan zövq alması üçün hər şey etməyə çalışırıq. Bu məsələlərdə İctimai Televiziya çox etibarlı tərəfdaşdır."

Qeyd edək ki, müsabiqəyə hazırlıq çərçivəsində növbəti görüş yanvar ayında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti