...

İran 2015-ci ilədək 10 min ton nərə cinsli balıq yetişdirərək dənizə buraxacaq

Cəmiyyət Materials 16 Dekabr 2011 13:06 (UTC +04:00)
İran 2015-ci ilədək 10 min ton nərə cinsli balıqlar yetişdirərək dənizə buraxacaq. Bunu cümə günü Trend-ə İranın "Şilat" balıqçılıq təşkilatı rəhbərinin müavini Əli Əsgər Mücahidi bildirib.
İran 2015-ci ilədək 10 min ton nərə cinsli balıq yetişdirərək dənizə buraxacaq

Azərbaycan, Bakı, 16 dekabr / Trend müxbir T.Cəfərov/

İran 2015-ci ilədək 10 min ton nərə cinsli balıqlar yetişdirərək dənizə buraxacaq. Bunu cümə günü Trend-ə İranın "Şilat" balıqçılıq təşkilatı rəhbərinin müavini Əli Əsgər Mücahidi bildirib.

O, İranın hər il 400 milyon ədəd müxtəlif növ balıq körpələri yetişdirərək dənizə buraxdığını deyib.

"İldə 400 milyon ədəd müxtəlif növ balıq körpələri yetişdirilərək dənizə buraxılır ki, bunların da 4 milyon ədədi nərə cinsli balıqlardır", - Mücahidi qeyd edib.

Onun sözlərinə görə, nərə cinsli balıqların yetişdirilməsi və dənizə buraxılması il və məhsuldarlığa görə dəyişir. "Şilat" rəsmisi bu rəqəmin 12 milyon ədədə qədər artıb-azaldığını bildirib.

Mücahidi deyib ki, son illər İran dövləti özəl sektorun balıq yetişdirilməsi sahəsində fəaliyyətini genişləndirməsi üçün həmin sektora xüsusi güzəştli və aşağı faizli kreditlər təqdim edir.

Xəbər lenti

Xəbər lenti