Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində uşaqlar üçün satılan Yeni il hədiyyələri ilə bağlı yoxlamaların aparılmasına başlayıb. Bunu şənbə günü Trend-ə Mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı RGEM-in yerli şöbələrinə göstərişlər verilib. Yoxlamalar ölkənin rayon və şəhərləri üzrə aparılacaq. Yoxlamalar zamanı Yeni il hədiyyələrinə daxil edilən qidaların təhlükəsizlik göstəriciləri yoxlanılacaq.
"Yoxlama seçmə üsulla aparılacaq. Bu hədiyyələrin içinə qoyulan qidalar köhnə olmamalı, onların istifadə müddəti bitməməlidir. Yoxlama zamanı da əsas diqqət həmin məsələlərə yönəldiləcək", - Abdullayev deyib.
Azərbaycanda Yeni il hədiyyələrinin monitorinqinə başlanılıb
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində uşaqlar üçün satılan Yeni il hədiyyələri ilə bağlı yoxlamaların aparılmasına başlayıb.
