...

Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

Cəmiyyət Materials 30 Dekabr 2011 16:08 (UTC +04:00)
TREND Xəbərlər Şirkəti qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2012-ci il münasibətilə Sizi təbrik edir!
Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

TREND Xəbərlər Şirkəti qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2012-ci il münasibətilə Sizi təbrik edir!

Bütün qəlbimizlə Sizə əla əhval-ruhiyyə, xoş xəbərlər və düzgün qərarlar arzulayırıq! Qoy, qarşıdan gələn il Sizə uğur bəxş etsin, evinizə sevinc və xoşbəxtlik gətirsin. Ən əsası, həyatda nikbinlik və yaxşı əhval-ruhiyyə Sizi tərk etməsin. Sizə, Sizin doğmalarınıza və yaxınlarınıza sağlamlıq və əmin-amanlıq arzulayırıq!

Uzun illər ərzində Azərbaycan jurnalistikasının səviyyəsi, peşəkarlığı və perspektivliyi, beynəlxalq informasiya aləminə təsiri əhəmiyyətli dərəcədə artıb. Bu, KİV-in yaradıcı fəaliyyəti üçün lazımi şərait yaradan Azərbaycanın dinamik inkişafı sayəsində mümkün olub.

TREND İnformasiya Agentliyi tərəfdaşlarına, abunəçilərinə, reklam verənlərə, saytımıza mütəmadi daxil olanlara dərin təşəkkürünü bildirir!

Biz Sizə 2012-ci ildə çoxlu sayda yaxşı xəbərləri ilk olaraq çatdırmaqda şad olacağıq!

Biz Sizə, doğmalarınıza və yaxınlarınıza cansağlığı və firavanlıq arzulayırıq. Qoy qarşıladığımız il ölkəmizə uğurlar, sabitlik və dinamik inkişaf bəxş etsin!

Bizimlə olun və uğur mütləq Sizinlə olacaq!

YENİ İLİNİZ MÜBARƏK!

Xəbər lenti

Xəbər lenti