...

Ötən il Luvr muzeyinə rekord sayda ziyarətçi gəlib

Cəmiyyət Materials 6 Yanvar 2012 20:08 (UTC +04:00)
Fransanın paytaxtı Paris şəhərində yerləşən Luvr muzeyi ötən il 8 milyon 800 mindən çox ziyarətçini qəbul edərək rekorda imza atıb.
Ötən il Luvr muzeyinə rekord sayda ziyarətçi gəlib

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir M.Salmanov/

Fransanın paytaxtı Paris şəhərində yerləşən Luvr muzeyi ötən il 8 milyon 800 mindən çox ziyarətçini qəbul edərək rekorda imza atıb. Bu barədə Trend cümə günü Türkiyənin "Hürriyet" qəzetinə istinadən məlumat verir.

Muzey rəhbərliyindən verilən məlumata əsasən, ötən il muzeyi ziyarət edən rus və çinli turistlərin sayında xeyli artım qeydə alınıb. Bununla belə, Luvr muzeyini ən çox ziyarət edən hələ də amerikalı turistlərdir.

"Ötən il bir çox Qərb ölkələrində iqtisadi böhran olmasına baxmayaraq, ziyarətçi sayında 5 faiz artım qeydə alınıb", - məlumatda deyilir.

Ziyarətçilər muzeyə daha çox Leonardo da Vinçinin "Mona Liza" əsərini görməyə gəlirlər.

Xəbər lenti

Xəbər lenti