...

Ermənistan Yol Polisinin keçmiş rəisinin məhkəməsi bu gün keçirilir

Cəmiyyət Materials 9 Yanvar 2012 12:09 (UTC +04:00)
Vəzifə səlahiyyətlərindən sui-istifadədə və iri məbləğdə vəsaiti israf etməkdə günahlandırılan Ermənistan Yol Polisinin keçmiş rəisi Marqar Ohanyanın işi üzrə məhkəmə yanvarın 9-na təyin olunub.
Ermənistan Yol Polisinin keçmiş rəisinin məhkəməsi bu gün keçirilir

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Vəzifə səlahiyyətlərindən sui-istifadədə və iri məbləğdə vəsaiti israf etməkdə günahlandırılan Ermənistan Yol Polisinin keçmiş rəisi Marqar Ohanyanın işi üzrə məhkəmə yanvarın 9-na təyin olunub.

Trend-in məlumatına görə, "Kafqazskiy uzel"in yazdığına əsasən, Marqar Ohanyan avqustun 29-da vəzifə səlahiyyətlərindən sui-istifadədə və xüsusilə, iri məbləğdə əmlakın oğurlanmasında şübhəli bilinərək saxlanılıb. Sentyabrın 3-də ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və iri məbləğdə vəsaiti israf etmək ittihamı irəli sürülüb.

Qərarı Yerevanın Nork-Maraş və Kentron inzibati rayonlarının ümumi yurisdiksiyasının hakimi Mxitar Popoya qəbul edib. İş üzrə ittihamçı prokuror Arutyun Arutyunyan təyin edilib. Bu barədə Tert.am ölkənin məhkəmə sisteminin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məhkəmə yerli vaxtla saat 11:30-da başlayacaq.

"Novosti-Armeniya" İA xəbər verir ki, ittihama görə, polkovnik regional Yol Polisi üçün nəzərdə tutulan 217 milyon dram (568 min dollar) dəyərində yanacağı mənimsəyib. Prokurorluğun məlumatına görə, ilkin istintaqın gedişində 198 milyon dram (516 min dollar) bərpa edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ohanyanın vəkili Vasakyan qeyd edib ki, Ohanyan dövlət büdcəsinə 57 milyon dram (148,5 min dollar) qaytarıb. Vəkilin sözlərinə görə, bu, Ohanyanın özünü təqsirkar bilməsi demək deyil, "sadəcə, şərəf məsələsidir".

Xəbər lenti

Xəbər lenti