...

Ötən il Bakıda 100-ə yaxın yol qəzası zamanı sürücü hadisə yerindən qaçıb

Cəmiyyət Materials 16 Yanvar 2012 09:25 (UTC +04:00)
Ötən il Bakıda qeydə alınan 97 yol nəqliyyat hadisəsi zamanı sürücü hadisə yerindən qaçıb.
Ötən il Bakıda 100-ə yaxın yol qəzası zamanı sürücü hadisə yerindən qaçıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Ötən il Bakıda qeydə alınan 97 yol nəqliyyat hadisəsi zamanı sürücü hadisə yerindən qaçıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, həmin hadisələrdə 19 nəfər həlak olub, 81 nəfər xəsarət alıb.

Bu hadisələrdən 83-ü (14 ölüm, 72 xəsarət) açılıb, 14 hadisə isə (5 ölüm, 9 xəsarət) bağlı qalıb.

Əsədov bildirib ki, bağlı qalan hadisələr ilin son aylarında baş verdiyi üçün hələlik açılmayıb.

Bölmə rəisi bildirib ki, ötən il Bakıda avtomobil qaçırılması və oğurlanması ilə bağlı 129 fakt qeydə alınıb. Qaçırılan avtomobillərdən 117-si tapılıb və sahibinə qaytarılıb. 12 avtomobilin axtarışı isə davam etdirilir.

Qaçırılan avtomobillərdən 13-ü yol polisi əməkdaşları tərəfindən tapılıb.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsininn əməkdaşları tərəfindən hesabat dövründə axtarışda olan 7 cinayətkar, hadisə yerindən qaçan 3 sürücü tutulub.

İdarə əməkdaşları ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 fakt aşkar edib.

Xəbər lenti

Xəbər lenti