Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Polis idarələrində kadr dəyişiklikləri olub.
Nəsimi Rayon Polis İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin rəisi Rahib Mirzəyev Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin rəisi təyin olunub.
2-ci polis bölməsinə isə 19-cu bölmənin rəisi Sultan Zeynalov rəis göndərilib.