...

İranlı rejissorun azərbaycanlı ailə haqqında çəkdiyi film Təbrizdə nümayiş olunacaq (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2012 12:24 (UTC +04:00)
Sabah iranlı rejissor Həsən Nəcəfinin Bakıdan olan bir ailənin Məşhəd səfəri və onların başlarına gələn hadisələr barədə çəkdiyi film Təbrizin "22 Bəhmən" kinoteatrında nümayiş olunacaq.
İranlı rejissorun azərbaycanlı ailə haqqında çəkdiyi film Təbrizdə nümayiş olunacaq (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar / Trend müxbir T.Cəfərov/

Sabah iranlı rejissor Həsən Nəcəfinin Bakıdan olan bir ailənin Məşhəd səfəri və onların başlarına gələn hadisələr barədə çəkdiyi film Təbrizin "22 Bəhmən" kinoteatrında nümayiş olunacaq. Trend-in məlumatına görə, bu barədə İranın khabarfarsi.com saytına istinadən məlumat verir.

Məlumata əsasən, "Səkkizinci asiman" adlı filmdə iranlı aktyorlarla yanaşı, Azərbaycan aktyorları Xalidə Quliyeva, Zülfiyyə Hüseynova və Qurban Məsimov da çəkiliblər.

Ötən il çəkilmiş "Səkkizinci asiman" filminin ssenari müəllifi və rejissoru Həsən Nəcəfidir. Filmdə Bakıdan Məşhədə ziyarət etmək üçün gedən bir ailədən bəhs olunur. Onlar Məşhədə çatan kimi problemlə üzləşirlər. Tibb fakültəsinin sonuncu kursunda oxuyan Rəhmət adlı şəxs bu ailə ilə tanış olur və bu tanışlıqla müxtəlif hadisələr baş verir.

Xəbər lenti

Xəbər lenti