...

Azərbaycanda rüşvət alan yol polisləri barədə toplanmış materiallar Baş Prokurorluqda araşdırılır

Cəmiyyət Materials 17 Yanvar 2012 19:01 (UTC +04:00)
Azərbaycanda rüşvət alan yol polisləri barədə toplanmış materiallar Baş Prokurorluğa daxil olub.
Azərbaycanda rüşvət alan yol polisləri barədə toplanmış materiallar Baş Prokurorluqda araşdırılır

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycanda rüşvət alan yol polisləri barədə toplanmış materiallar Baş Prokurorluğa daxil olub. Bu barədə çərşənbə axşamı Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları - Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə Daxili İşlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.

Hazırda həmin materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti