...

Keçmiş təhsil naziri Lidiya Rəsulova ilə vida mərasimi keçirilib

Cəmiyyət Materials 6 Fevral 2012 17:16 (UTC +04:00)
Keçmiş təhsil və sosial təminat naziri Lidiya Rəsulova ilə vida mərasimi keçirilib.
Keçmiş təhsil naziri Lidiya Rəsulova ilə vida mərasimi keçirilib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Keçmiş təhsil və sosial təminat naziri Lidiya Rəsulova ilə vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük zalında keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Lidiya Rəsulova 71 yaşında uzun sürən ağır xəstəlikdən sonra fevralın 5-də dünyasını dəyişib.

Rəsulova 1941-ci ildə anadan olub. 1981-1988 illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1988-1993 illərdə Azərbaycanın sosial təminat naziri, Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-1997 illərdə təhsil naziri vəzifələrində çalışıb.

Azərbaycan SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər komissiyasının üzvü olub.

Xəbər lenti

Xəbər lenti