...

Azərbaycan FHN və "BP" şirkəti arasında qarşılıqlı fəaliyyət planı imzalanıb

Cəmiyyət Materials 6 Fevral 2012 18:22 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "BP" şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti cənab Rəşid Cavanşiri qəbul edib.
Azərbaycan FHN və "BP" şirkəti arasında qarşılıqlı fəaliyyət planı imzalanıb

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "BP" şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti cənab Rəşid Cavanşiri qəbul edib.

Trend-in bazar ertəsi FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyi və "BP" şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini qeyd edib, gələcəkdə görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirib.

"BP" şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib, əməkdaşlıqda maraqlı olduğunu qeyd etmiş və bu kimi görüşlərin iki qurumun əlaqələrinin genişləndirilməsi baxımından geniş imkanlar açacağına ümid etdiyini diqqətə çatdırıb.

Görüşdə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və BP şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Qarşılıqlı Fəaliyyət Planı" imzalanıb.

Xəbər lenti

Xəbər lenti