...

Müdafiə Sənayesi Nazirliyi iki istiqamət üzrə elektron xidmət göstərəcək

Cəmiyyət Materials 15 Fevral 2012 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir K.Zərbalıyeva/

Müdafiə Sənayesi Nazirliyi iki istiqamət üzrə elektron xidmət göstərəcək.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prezidentin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar olaraq Müdafiə Sənayesi Nazirliyinin saytında "Elektron xidmətlər" bölməsi yaradılıb.

"Elektron xidmətlər" bölməsində Müdafiə Sənayesi Nazirliyi tərəfindən göstərilən iki xidmət növü - onlayn müraciət və ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi nəzərdə tutulub.

Bölməyə göstərilən xidmətlərin hər biri üzrə inzibati reqlament və müraciət formaları daxil edilib.

Qeyd edək ki, vətəndaşların müraciətlərinin asanlaşdırılması məqsədilə 2011-ci ilin sentyabr ayından nazirliyin veb saytında "onlayn müraciət" üzrə elektron xidmət fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti