...

Bakıda Xocalı soyqırımının ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilir

Cəmiyyət Materials 22 Fevral 2012 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Uşaqlar və müharibə" mövzusunda respublika rəsm sərgisi keçirilir.

Trend-in məlumatımna görə, sərginin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin keçirilməsində məqsəd öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə məlumat vermək, məktəblilərdə Vətənə sədaqət və məhəbət hissini gücləndirməkdir.

Nazir deyib ki, sərginin respublika mərhələsinə 60-dan artıq rayon və şəhərin ümumi təhsil məktəblərinin və peşə liseylərinin şagirdləri tərəfindən işlənmiş 1200-dən çox rəsm işi təqdim olunub. Bu göstərici son illər Təhsil Nazirliyi tərəfindən keçirilən rəsm müsabiqələrinin yekun mərhələsinə təqdim olunan rəsm işlərinin ümumi sayından bir necə dəfə artıqdır.

Rəsm sərgisi 6-10, 11-14 və 15-18 yaş qrupları üzrə keçirilib.

Respublika mərhələsində qalib olmuş 89 rəsm işi Moskva şəhərində Xocalı soyqırımımın 20-ci ildönümü ilə əlaqədar keçiriləcək rəsm sərgisində nümayiş olunacaq. Tədbir Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti