...

Qafqaz Müsəlmanları İdarəsinin sədri dünya dini liderlərinin qurultayına dəvət edilib

Cəmiyyət Materials 28 Fevral 2012 15:13 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 30-31-də Astanada keçiriləcək dünya dini liderlərinin qurultayına dəvət edilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri dünya dini liderlərinin qurultayına dəvət edilib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir S.Ağayeva/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 30-31-də Astanada keçiriləcək dünya dini liderlərinin qurultayına dəvət edilib. Bu barədə çərşənbə axşamı Trend-ə QMİ-nin mətbuat xidmətindən bildiriblər.

Paşazadəni qurultaya Qazaxıstan Senatı sədrinin xüsusi nümayəndəsi, deputat Oralbay Abdikərimov QMİ-dəki göürşdə dəvət edib.

İdarə sədrini türk dünyasının ağsaqqallarından biri adlandıran Abdikərimov qeyd edib ki, Allahşükür Paşazadə əlaqələri yüksək səviyyədə olan Azərbaycan və Qazaxıstan xalqlarının yaxınlaşması üçün çox şeylər edib.

QMİ sədri dəvəti məmnunluqla qəbul edib və Qazaxıstan xalqına və şəxsən ölkə Prezidenti Nursultan Nazarbayevə sülh və əmin-amanlıq arzulayıb. O, Nazarbayevin dinlərarası dialoq və iki ölkə arasında münasibətlərin inkişafındakı töhfəsini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti