...

Azərbaycanın və Rusiyanın dini qurumları arasında dinlərarası dialoqa dair perspektivlər müzakirə olunub

Cəmiyyət Materials 2 Mart 2012 18:24 (UTC +04:00)
Azərbaycanın və Rusiyanın dini qurumları arasında dinlərarası dialoqa dair perspektivlər müzakirə olunub.
Azərbaycanın və Rusiyanın dini qurumları arasında dinlərarası dialoqa dair perspektivlər müzakirə olunub

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın və Rusiyanın dini qurumları arasında dinlərarası dialoqa dair perspektivlər müzakirə olunub.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Rusiyada səfərdə olan QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin Sobyanin ilə görüşündə soydaşlarımızın Rusiya cəmiyyətinə mənəvi baxımdan uğurlu inteqrasiyası ilə bağlı məsələlər müzakirə edilib.

Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə, həmçinin Rus pravoslav kilsəsinin xarici kilsə əlaqələri şöbəsinin rəhbəri Mitropolit İlarion, kilsə və cəmiyyət əlaqələri şöbəsinin rəhbəri Vsevolod Çaplin ilə görüşüb.

Görüşdə hər iki dini mərkəz arasındakı əməkdaşlıqdan razılıq ifadə olunub, dinlərarası dialoqa dair perspektivlər müzakirə edilib. Görüşlərdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dinlərarası Şurasının xətti ilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərinin meri Sergey Sobyaninin dəvəti ilə Rusiya Federasiyasında səfərdə olub.

Xəbər lenti

Xəbər lenti