...

Bakıda yaşayış massivindəki sürüşmə ilə bağlı növbəti müşavirə keçirilir

Cəmiyyət Materials 5 Mart 2012 11:46 (UTC +04:00)
Bakıda Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə ilə bağlı bu gün əlaqədar qurumların iştirakı ilə müşavirə keçirilir.
Bakıda yaşayış massivindəki sürüşmə ilə bağlı növbəti müşavirə keçirilir

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə ilə bağlı bu gün əlaqədar qurumların iştirakı ilə müşavirə keçirilir.

Xətai rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, müşavirə Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifovun rəhbərliyi ilə keçirilir.

Hazırda sürüşmə zonasında son durum müzakirə olunur.

İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidəki sürüşmə ilə bağlı Geoloji Komissiyanın rəyi günün sonunda açıqlanacaq.

Qeyd edək ki, sürüşmə təhlükəsi olan ərazidəki iki 9 mərtəbəli binanın sakinlərinin nə vaxt evlərinə dönəcəyi bazar ertəsi sürüşmənin səbəblərini öyrənən Geoloji Komissiyanın verəcəyi açıqlamadan sonra müəyyənləşəcək.

Təhlükəli ərazidə olan binalardakı əsasən əlil və qocalardan ibarət olan 30-a yaxın ailə mehmanxanaya köçürülüb.

Xəbər lenti

Xəbər lenti