Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Mehdiyev/
Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti ərazisindəki yamacın yuxarısında tikilən üç binadan ikisinin sökülməsinə qərar verilib. Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
"Yamacın yuxarısında tikilmiş 3 binadan ikisinin sökülməsinə qərar verilib. Sökülmə indi həyata keçirilməyəcək, çünki hazırda sökülmə torpaq sürüşməsinə müəyyən qədər təkan verə bilər. Amma stabil vəziyyət yaranandan sonra həmin iki bina tam söküləcək", - Abutalıbov əlavə edib.
Qeyd edək ki, həmin ərazı Bakının aktiv sürüşmə zonası hesab edilir.
Bakının aktiv sürüşmə zonasında tikilən iki binanın sökülməsinə qərar verilib
Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti ərazisindəki yamacın yuxarısında tikilən üç binadan ikisinin sökülməsinə qərar verilib.
