...

Milli Məclis Azərbaycan ombudsmanının illik məruzəsini qəbul edib

Cəmiyyət Materials 7 Mart 2012 15:37 (UTC +04:00)
Milli Məclisin çərşənbə günü keçirilən iclasında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2011-ci il üçün illik məruzəsi qəbul olunub.
Milli Məclis Azərbaycan ombudsmanının illik məruzəsini qəbul edib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə günü keçirilən iclasında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2011-ci il üçün illik məruzəsi qəbul olunub.

Trend-in məlumatına görə, müzakirələr zamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, 2011-ci ildə ötən illərə nisbətən Azərbaycanda hüquq sahəsindən olan şikayətlərin sayı azalıb.

"Bu, həmin sahədə görülən tədbirlərin nəticəsidir", - o deyib.

YAP icra katibinin digər müavini Mübariz Qurbanlı isə çıxışında insan hüquqlarının daim təkmilləşdirilməyə ehtiyac olan sahə olduğunu deyib. O, Azərbaycanda İnsan hüquq və azadlıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair Milli Fəaliyyət Proqramının təsdiqləndiyini bildirib.

"Dünyada insan hüquq və azadlıqlarının ideal qorunduğu ölkə yoxdur", - Qurbanlı deyib.

O qeyd edib ki, yerlərdə insanların şikayətlərinə vaxtında baxılmasında problemlər var. Ona görə də vətəndaşlar Milli Məclisə, deputatlara və digər dövlət qurumlarına şikayət etmək məcburiyyətində qalırlar. Onun fikrincə, vətəndaşların şikayətinə baxılması, süründürməçilik hallarının olduğu halda hansı tədbirlər görülməsi haqqında ayrıca qanun qəbul edilməlidir.

Xəbər lenti

Xəbər lenti